"Müsahibə mərhələsinə qeyri-ciddi yanaşılır" - Məleykə Abbaszadə
21:48 28 Fevral 2018
“Dövlət qulluğuna qəbulla bağlı test imtahanından sonra təşkil edilən müsahibələrlə bağlı qanunvericiliyə bəzi dəyişikliklər ediləcək”.
Femida.az xəbər verir ki, bunu APA-ya Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Dövlət qulluğuna işə qəbulla bağlı test imtahanında iştirak edərək sertifikat əldə edən hər bir şəxsin 5 il ərzində müsahibələrdə iştirak edə biləcəyini xatırladan DİM sədrinin sözlərinə görə, Mərkəzin saytında dövlət qulluğuna işə qəbul imtahanı ilə bağlı cədvəllər yerləşdirilib: “Həmin cədvələ baxan şəxs rahatlıqla görə bilər ki, neçə namizəd müsahibə üçün qeydiyyatdan keçib, onlardan neçəsi müsahibədə iştirak etməyib. İnsanlar müsahibəyə yazılır və biz bununla əlaqədar hazırlıq işləri görürük. Dövlət İmtahan Mərkəzi müsahibə üçün regionlara öz ekspertlərini, dövlət qurumları isə öz nümayəndələrini ezam edirlər. Bizim regionlardakı işçilərimiz də bu prosesə cəlb olunur. Amma bəzi namizədlər müsahibədə iştirak etmir. İştirak edən namizədlərin də bir çoxu bu prosesə qeyri-ciddi yanaşırlar. Onlar 5 illik sertifikat əsasında növbəti müsahibələrdə iştirak edə biləcəklərini, burada hər dəfə bir az təcrübə topladıqlarını və nə vaxtsa işə qəbul olunacaqlarını düşünürlər”.
M. Abbaszadə dövlət qulluğuna qəbulun müsahibə mərhələsinə qeyri-ciddi yanaşmanı aradan qaldırmaq üçün qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi ilə əlaqədar DİM tərəfindən təkliflərin hazırlanacağını qeyd edib.
Femida.az
Oxunub: 552
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Ulduzların əhatəsində Samsung-un təqdimatı!
- Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub
- Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib