Faciəvi şəkildə ölən məktəblinin meyiti ailəsinə təhvil verildi


16:40     01 Mart 2018 2018/03/629715_1519893816.jpg

Fevralın 28-də Tbilisinin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən 14 yaşlı Aslan Məmmədovun meyiti məhkəmə-tibbi müayinədən sonra ailəsinə təhvil verilib.


Femida.az xəbər verir ki, A.Məmmədov 7-ci sinif şagirdi olub və Tbilisinin Poniçala qəsəbəsində valideynləri və qardaşı ilə yaşayıb. Bədbəxt hadisə nəticəsində xəsarət almış 5 uşaq xəstəxanada müalicə olunur. Onların 3-ü azərbaycanlıdır. Uşaqların bu gün evə buraxılacağı gözlənilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertiza aparılır.

Femida.az

Açar sözlər: #Tblisi   #məktəbli   #meyit  

Oxunub: 1392


Oxşar xəbərlər