Böyük Britaniya Azərbaycan xalqına başsağlığı verib


21:28     02 Mart 2018 18_03_02_1519997421.jpg

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqına başsağlığı verib.


Səfirlikdən Femida.az-a verilən məlumata görə, Britaniya Bakı şəhərində yerləşən Respublika Narkoloji Mərkəzində bu səhər baş verən yanğında həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı verir:

"Dualarımız və diləklərimiz qurbanların ailələri və Azərbaycan xalqı ilə birlikdədir!", - səfirlikdən bildiriblər.

Qeyd edək ki, 2018-ci il martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.


İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.


Femida.az

Açar sözlər: #Böyük.Britaniya   #Səfirlik  

Oxunub: 829


Oxşar xəbərlər