Azərbaycanlı qadın türk şəhidlər üçün ehsan verdi


14:28     03 Mart 2018 18_03_03_1520058636.jpg


Türkiyənin Balıkesir əyalətinin Ayvanlık rayonunun Altınova məhəlləsində dönərxanada işləyən 55 yaşlı azərbaycanlı Sevda Orucova Afrində “Zeytun budağı” antiterror əməliyyatında şəhid olan Türkiyə hərbçilərinin ruhuna Cümə namazından əvvəl ehsan verib.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə DHA məlumat yayıb.

Məlumata görə, Sevda Orucova 26 ildir Altınovada yaşayır.

Hacı Bayram Vəli Məscidinin imamı İbrahim Adıgözəl, Orta Məscidin imamı Hicabi Sarıgül və müəzzin Üzeyir Çelik şəhidlərin ruhuna “Yasin” oxuyub. Namazdan əvvəl camaata ehsan verilib.

“Mən Azərbaycandan gələndən müxtəlif yerlərdə işləmişəm. Sonra kafe açdım. 3 il sonra onu bağladım. Hazırda Altınovadakı qonşumuz Hasan Erkişinin dönərxanasında işləyirəm. Hərbçilərimizi çox sevirəm. Çətinə, dara düşəndə həmişə yanımda oldular. Altınova camaatı məni heç vaxt özünə yad bilməyiblər. Özlərindən bir sayırlar. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin. Allah dövlətimizə və hərbçilərimizə güc versin”, - Sevda Orucova bildirib.

Femida.az

Açar sözlər: #türk   #şəhid   #Afrin   #ordu   #PKK   #ehsan   #terror   #Türkiyə   #Azərbaycan  

Oxunub: 7523