Lavrovla Çavuşoğlu görüşəcək


15:59     03 Mart 2018 2018/03/cavusoglu_1520064252.jpeg

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Cavad Zərif martın 16-də Qazaxıstanın paytaxtı Astanada görüşəcəklər.


Femida.az xəbər verir ki, Rusiyanın Astanadakı Səfirliyinin müşaviri Aleksandr Musiyenko mətbuat nümayəndələrinə verdiyi açıqlamada Çavuşoğlu, Lavrov və Zərifin Suriya gündəmi ilə bağlı görüşəcəklərini bildirib.

Musiyenko bu məlumatı Qazaxıstanın Xarici İşlər naziri Kayrat Abdrahmanovdan aldığını qeyd edib.

Eyni zamanda Rusiya Xarici İşlər nazirinin sözçüsü Mariya Zaxarova martın 14-də Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rus-Türk Birgə Planlama Qrupunun iclası olacağını da açıqlayıb.

Femida.az

Açar sözlər: #Lavrov   #Çavuşoğlu   #görüş  

Oxunub: 677