İlham Əliyevdən 22 milyon 358 min manatlıq SƏRƏNCAM
22:34 03 Mart 2018
Prezident İlham Əliyev martın 3-də “Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün "H" kanalının yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 22 milyon 358 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Femida.az
Oxunub: 1296
Oxşar xəbərlər
- Prezidentin dini liderlərin Bakı Sammitindəki çıxışı - TAM MƏTN
- İlham Əliyev Fələstin Dövlətinin Prezidentini təbrik edib
- Şahin Mustafayev həmsədr təyin edildi - SƏRƏNCAM
- Prezident Yevlax şəhərinə yeni icra başçısı təyin etdi
- Xaçmaz rayonuna yeni icra başçısı təyin olunub - SƏRƏNCAM
- Daha bir icra başçısı vəzifəsindən azad olundu
- Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
- Fransanın yeni səfiri İlham Əliyevin qəbulunda - FOTOLAR
- "Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır" - Prezident
- "Bu ilin əvvəlindən 60 min yeni iş yeri açılıb" - İlham Əliyev