Evlənmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb
18:33 06 Mart 2018
Bu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10125 nəfər tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Femida.az-a deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 390 nəfərində talassemiya daşıyıcılığı, 17 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb.
Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 7 olub.
Direktor qeyd edib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 28 fevral 2018-ci ilə kimi 383 805 nəfər müayinədən keçib: “İndiyə qədər tibbi müayinədən keçmiş 14 654 nəfərdə talassemiya daşıyıcılığı, 1366 nəfərdə sifilis, 305 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 141 olub”.
Femida.az
Oxunub: 803
Oxşar xəbərlər
- Bu ilin yanvar ayında 5475 nikah və 1248 boşanma halı qeydə alınıb
- Məryəm Həsənova amerikalı ilə saxta nikaha girdi, ABŞ ordusunda xidmətə başladı və ...
- Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb
- Martda nikaha girmək istəyən 15 nəfərdə QİÇS aşkarlanıb
- "ASAN xidmət"də qazimizin nikahı qeydə alındı - VİDEO
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- 11 yaşlı qızı nişanlayan ailəni hansı məsuliyyət gözləyir? - QANUN
- Bir ildə Azərbaycanda 35 576 nikah qeydə alınıb
- Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb
- Nikaha daxil olmaq istəyən şəxslərin NƏZƏRİNƏ - QANUN DƏYİŞDİ