Qətl törədən Rusiya vətəndaşı Tovuzda tutuldu


20:28     06 Mart 2018 publraf.com1423305887hebs-a.jpg

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə axtarışda olan şəxslərin aşkarlanması istiqamətində uğurlu tədbirlər davam etdirilir.


DSX-nın Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin 5 mart tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində axtarış elan olunmuş, 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq DİN Tovuz rayon polis şöbəsinə təhvil verilib.

Femida.az

Açar sözlər: #Gürcüstan   #Həbs   #Rusiya   #Vətəndaş  

Oxunub: 586