İlham Əliyev qadınları təbrik etdi və fəxri adlar verdi


23:09     06 Mart 2018 18_03_06_1520350684.jpg


Prezident İlham Əliyev Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və bu münasibətlə bir sıra qadına fəxri adlar verib.


Təbrikdə deyilir: "Hörmətli xanımlar! Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər arzulayıram.

Sivilizasiyaların qovuşuğunda özünün misilsiz mədəni-mənəvi sərvətlər xəzinəsini yaratmış xalqımızın bu çoxəsrlik zəngin irsinin yaşadılmasında, milli düşüncəmizin parlaq ifadəçisinə çevrilmiş dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətləri vardır. Ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoymuşdur. Keçmişimizin mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirmişdir.

Yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirmiş, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanmış və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olmuşlar.

Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və ictimai mövqeyinizlə fəxr edə bilərik. Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəksiniz.

Bayramınız mübarək olsun!"
**

Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”

Cavadova Dursun Salman qızı
Qasımova Fəridə Səfər qızı
Quliyeva Nazifə Halay qızı
Quliyeva Səadət Əlisahib qızı
Musayeva Rəhilə Nuhu qızı
Nurullayeva Zenfira İslam qızı
Şixəliyeva Elmira İmaməli qızı
Zeynalova Hüsniyyə Heydərağa qızı

“Əməkdar həkim”

Ağayeva Xırda Yusif qızı

“Əməkdar mədəniyyət işçisi”

Bağırzadə Zemfira Musa qızı
Malışova Sevda Lətif qızı.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abbasova Bəsirə Qurban qızı
Abbasova Kəmalə Məmmədyar qızı
Abdullayeva Nina Vasilyevna
Abdurahmanova Könül Ənvər qızı
Adişova İntizar Calair qızı
Ağabəyova Nərmin Hakim qızı
Ağayeva Xalidə Böyükxan qızı
Alxasova Sevda Ayaz qızı
Allahverdiyeva Müzəyəm Əlqulu qızı
Bayramova Afaq Sabir qızı
Bayramova Aida Ənvər qızı
Bayramova Sədaqət Əflatun qızı
Bayramova Svetlana Qulam qızı
Cəfərova Xanum Valeh qızı
Cəfərova Ziba Cəfər qızı
Dadaşova Rahilə Bəhlul qızı
Eyvazova Kubra Eyvaz qızı
Əhmədova Gülər Səfər qızı
Əhmədova Jalə Kərim qızı
Əhmədova Səbinə Siyavuş qızı
Əliyeva Kəmalə Heydər qızı
Əliyeva Ruxsarə Məcid qızı
Əlizadə Çiçək Sərvər qızı
Əmirova Təranə Mahmud qızı
Əsgərova Nurcamal Nurəddin qızı
Əsgərova Venera Yusif qızı
Əzimova Zülfiyyə Rəhim qızı
Fərəcova Səbinə Miradil qızı
Fətullayeva Dilara Haşım qızı
Hacıyeva Pərvanə Zakir qızı
Hacıyeva Şərafət Qəzənfər qızı
Hacızadə Rəna Sabir qızı
Heydərova Bənövşə Yusif qızı
Həbibova Kəbirə Alay qızı
Həsənova Əminə Səbi qızı
Həsənova Sürəyya Sovet qızı
Həsrətova Rəhilə Qəmbər qızı
Həşimova Həqiqət Cavanşir qızı
Hüseynova Sədaqət Qulu qızı
Xasıyeva Səbinə Bəlyar qızı
Xəlilova Hicran Aydın qızı
İbrahimova Aləmzər Tofik qızı
İbrahimova Məhəbbət Eyvazəli qızı
İbrahimova Məlahət İsmayıl qızı
İsgəndərova Gülər Mahmudağa qızı
İslamova Tacirə Əziz qızı
İsmayılova Sürəyya Əhməd qızı
İsrafilova Firuzə Hüseyn qızı
Kazımova Mehparə Musa qızı
Kərimova Vüsalə Kamil qızı
Kliçova Nairə Rauf qızı
Köçərli Afayət Cümşüd qızı
Qasımlı Şəlalə Qasım qızı
Quliyeva Çiçək Yaqub qızı
Quliyeva Sürayyə İslam qızı
Quliyeva Ulduz Məhərrəm qızı
Quliyeva Zərifə Rzaqulu qızı
Qurbanova Cəmilə Fazil qızı
Lazımova Şəlalə Cəlal qızı
Məmmədova Bənövşə Tahir qızı
Məmmədova Esmira Əşrəf qızı
Məmmədova İradə Nemət qızı
Məmmədova Mahirə Əmir qızı
Mikayılova Tatyana Anatolyevna
Mövsümova Lətifə Əjdər qızı
Murtuzayeva Xatirə Müslüm qızı
Mustafayeva Rəna Rəşid qızı
Mürşüdlü Elmira Zöhrab qızı
Nəbizadə Sevinc Fikrət qızı
Nəsirova Nuranə Tofiq qızı
Nuriyeva Reyhan İmran qızı
Orucova Arzu Vahid qızı
Orucova Mahizər Şəmil qızı
Osmanova Şəhanə Məcid qızı
Rəhimova Gültəkin Seymur qızı
Rəhimova Səfurə Firudun qızı
Sadıxova Sevinc Raqif qızı
Seyidova Nüşabə Mirhəbib qızı
Sədullayeva Sevinc Nəriman qızı
Sultanova Yeganə Teymur qızı
Süleymanova Namidə Abdulla qızı
Süleymanova Ruhiyyə Hüseyn qızı
Şərifova Zümrüd Xəlil qızı
Şirəliyeva Firəngiz Məmməd qızı
Şirinova Esmira Aydın qızı
Yusifova Kamilə Şəmsəddin qızı
Zurnayeva Xanım Qafar qızı.

Femida.az

Açar sözlər: #qadın   #bayram   #8mart   #prezident   #təbrik   #sərəncam   #fəxri_ad  

Oxunub: 2317