Mədət Quliyevin oğlu xalqa səsləndi: Kasıb ailələrə...


02:22     07 Mart 2018 18_03_06_1520359459.jpg


Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevin oğlu Murad Qulubəyli Novruz bayramı münasibəti ilə imkansız ailələrə yardım edəcək.

Femida.az xəbər verir ki, o, bu barədə məlumatı İnstaqram hesabında paylaşıb. Murad Qulubəyli bildirib ki, imkansız ailələrə ərzaq və pul yardımı veriləcək:

“Martın 17-dən həddindən artıq kasıb ailələrə yardım göstəriləcək. Hər zamankı kimi ailələr bol bazarlıqla və pulla təmin olunacaq. 18-də isə qocalar evi ziyarət ediləcək. Qoy onların bayramı bizim bayramdan fərqlənməsin”.



Femida.az

Açar sözlər: #Mədət_Quliyev   #bayram  

Oxunub: 57633