NATO Rusiya sərhədi yaxınlığında hərbi manevr keçirəcək
17:46 08 Mart 2018
NATO-ya üzv ölkələr 2018-ci il oktyabr-noyabr aylarında Rusiya sərhədləri yaxınlığında, Skandinaviya yarımadasında “Trident Juncture” (“Vahid üçdişli mizraq”) adı altında hərbi əməliyyat keçirəcək.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dəniz piyadaları korpusunun komandanı, general Robert Neller Konqresin Nümayəndələr Palatasının Təsisatlar komitəsində bildirib.
Onun sözlərinə görə, manevrə NATO-ya üzv dövlətlərin 45 min hərbçisi, onlarla gəmi, təyyarə cəlb ediləcək: “Rusiya tərəfindən demarş və başqa fəaliyyət olacağına əminəm. Fikrimcə, bu, ABŞ strategiyasının ciddiliyini nümayiş etdirir. Avropadakı müttəfiqlərimiz bizim orada mövcudluğumuzu və onların müdafiəsinə sadiqliyimizi görmək istəyir”.
Hərbi təlim Norveç ərazisində baş tutacaq.
Femida.az
Oxunub: 597
Oxşar xəbərlər
- KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”
- Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”
- Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib
- KİV: Ərdoğan NATO sammitinə altı maddəlik dosye ilə gedəcək
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- NATO Baltik dənizi regionunda təlimlər keçirəcək
- NATO yeni strateji konsepsiyada Rusiyanın statusunu dəyişəcək
- İsveç NATO-ya üzvlük üçün müraciət etməklə bağlı qərar qəbul edib
- İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib
- NATO: "Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq"