Cəmiyət boşanmış qadınla evlənməyə necə yanaşır? - Bakıda SORĞU


23:47     08 Mart 2018 18_03_08_1520523198.jpg


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ildə ölkədə 62923 nikah və 14514 boşanma halı qeydə alınıb. Boşanan cütlüklərin sayının artdığını nəzərə alaraq Bakı sakinlərindən boşanmış insanların "ikinci bahar"larını yaşamaqlarına olan münasibəti öyrəndik.

Femida.az "ACT Azərbaycan"ın keçirdiyi sorğunun nəticələri ilə sizi tanış edir.

Boşanmış qadınların ikinci dəfə ailə həyatı qurmasına böyük qism müsbət baxır (43 %). Məsələyə neytral yanaşanlar da kifayət qədərdir (34 %). Respondentlərin təqribən beşdə biri (22 %) qadınların ikinci evliliyinə mənfi yanaşır.

Rəyi öyrənilmiş qadınların yarısı (49 %) zərif cinsin "ikinci bahar"ını dəstəkləyir, 27 %-i neytral yanaşır, beşdə biri isə pis baxır (21 %).

Kişilər qadınların ikinci evliliyinə, əsasən, neytral yanaşır (41 %). Zərif cinsin ikinci dəfə seçim etməsinə yaxşı baxanlar da yetəri qədərdir (36 %). Güclü cins nümayəndələrinin beşdə biri (22 %) isə qadınların növbəti evliliyinə pis baxır.

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.



Femida.az

Açar sözlər: #qadın   #boşanma   #evlilik   #statistika   #sorğu   #kişi   #ailə  

Oxunub: 3854