Tramp Kim Çenin təklifini qəbul etdi - TARİXİ GÖRÜŞ


14:35     09 Mart 2018 2018/03/trump_1520577663.jpg

Cənubi Koreyanın mili təhlükəsizlik məsələləri üzrə müşaviri Çon Iy Yonun dediyinə görə, ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çen Inın ikitərəfli danışıqlarla bağlı təklifini qəbul edib.


Femida.az CNN-ə istinadən bildirir ki, Şimali Koreya və ABŞ-ın dövlət başçıları arasında tarixi görüş may ayına qədər baş tutmalıdır.

Ağ Evdə çıxış edərkən Çon In Yon deyib: "Şimali Koreya lideri Trampla mümkün qədər tez görüşmək istəyir. ABŞ isə Şimali Koreyanın nüvə silahından əl çəkməsi üçün görüşə razılaşıb".

Dünən Donald Tramp Ağ Evin dəhlizlərindən keçərkən qəflətən brifinq zalına girib və jurnalistlərə deyib ki, Şimali Koreya ilə bağlı "bu yaxınlarda ciddi bəyanat olacaq".

Az sonra Çon Iy Yonun açıqlaması səslənib.

Ağ Evin əməkdaşları baş verənlərdən xəbərsiz olduğunu deyiblər. "Bütün bunlar bütünlüklə Trampın təşəbbüsüdür", - onlar söyləyiblər.

İlkin məlumatlara görə, Şimali Koreya danışıqlara hazırlıq zamanı ballistik raketlərin test buraxılışlarını dayandırmaq niyyətinədədir. Vaşinqton isə Cənubi Koreya ilə birgə hərbi təlimləri təxirə salmaq niyyətində deyil.

Çon Iy Yon martın əvvəlində Şimali Koreyaya yollanmış Cənubi Koreya nümayəndə heyətinə başçılıq etmişdi. O, Pxenyanda Kim Çen Inla görüşmüşdü.

Femida.az

Açar sözlər: #ABŞ   #Koreya   #Görüş   #Trump  

Oxunub: 954