Qəbələdə zorla pul alan reket "zek" tutulub


17:26     09 Mart 2018 bicaq.jpg

Qəbələ rayonunun Vəndam qəsəbə sakini İnqilab Paşayevdən zorla 850 manat pulunu almış Samit Abdurəhmanov saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, martın 6-da saat 5 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndindəki kafelərin birində Samit adlı şəxs Vəndam qəsəbə sakini İnqilab Paşayevə zor tətbiq edərək 850 manatını alıb.

Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Samit Abdurəhmanov saxlanılıb. Ondan 119,6 qram marixuana da götürülüb.

Femida.az

Açar sözlər: #Qəbələ   #Həbs   #DİN  

Oxunub: 1105