Azərbaycanlı deputatlar beynəlxalq futbol turnirinin qalibi oldu
21:55 11 Mart 2018
Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub.
Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.
“İnter Arena”da keçirilən final oyununda Azərbaycan və Ukrayna komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin üzvləri izləyiblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Oyunda topa ilk toxunuşu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ediblər.
Komandaların cəhdlərinə baxmayaraq oyunun birinci hissəsində hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası 36-cı dəqiqədə Əli Abişovun qolu ilə hesabda önə çıxıb. Matçın 60-cı dəqiqəsində Ukrayna komandasının üzvü Oleq Osuxovski hesabı bərabərləşdirib. Qarşılaşmanın sonuncu dəqiqəsində Musa Qurbanovun qolu ilə Azərbaycan komandasının qələbəsi rəsmiləşib.
Beləliklə, Azərbaycan komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.
Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Beynəlxalq turnirin iştirakçı komandalarının üzvlərinə medallar və kubok təqdim olunub. Mükafatları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təqdim ediblər.
Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışıblar./virtualaz.org
Femida.az
Oxunub: 1352
Oxşar xəbərlər
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Deputatların maaşı artırılır
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib
- Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycan deputatları Ermənistana gedir