Bu gün AŞPA-nın komitə iclasları keçiriləcək
14:16 12 Mart 2018
Bu gün Parisdə Avropa Şurası Parlament (AŞPA) Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları başlayır.
Femida.az-ın məlumatına görə, iclaslar 16-dək davam edəcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Tədbirlərdə terrordan əziyyət çəkənlərin qorunması, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri, Ukraynaya, Türkiyəyə və Ermənistana fakt araşdırıcı missiyaların səfərlərinin yekunları, Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi, cari ilin aprel sessiyasının gündəliyi, 2018-ci ilin sentyabrında Ankarada keçiriləcək Parlament Sədrlərinin Avropa Konfransı və digər mövzularda müzakirələr aparılacaq.
S.Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcək.
Femida.az
Oxunub: 583
Oxşar xəbərlər
- Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə görüşüb
- Azərbaycan XİN başçısının müavini AŞPA məruzəçisi ilə görüşüb
- AŞPA məruzəçisi Azərbycana gəlir
- AŞPA qadınlarla bağlı qətnamə qəbul edib
- AŞPA məruzəçisi Azərbaycanın humanitar addımını alqışlayıb
- AŞPA Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul edib
- Bu gün AŞPA-nın yaz sessiyası başlayır
- Azərbaycan deputatları AŞPA-ya gedir
- Mövlud Çavuşoğlu AŞPA Prezidenti ilə görüşüb
- Məhkəmə Qasparyanın iddiasını geri qaytardı