Bakıda qadın aptekə hücum çəkdi - Polis işə qarışdı


16:00     12 Mart 2018 2018/03/111DQ--QADIN_1520842029.jpg

Bakıda quldurluq etmiş qadın tutulub.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bakı   #Qadın   #Aptek  

Oxunub: 1156