Husilərə 24 saat vaxt verildi


01:48     10 May 2015 386412.jpg

Yəmən prezidenti Abd-Rabbu Mənsur Hadi tərəfdarı olan "Xalq Müqaviməti" qüvvələri husilərə geri çəkilmələri üçün 24 saat vaxt verib.


Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Xalq Müqaviməti" qüvvələrinin yazılı açıqlamasında deyilir:

"Husilərə verilən müddət yerli vaxtla bu gün saat 15.00-da başlayır və sabah eyni saatda da sona çatır"

Həmçinin açıqlamda deyilir ki, verilən vaxt başa çatdıqda husilər geri çəkilməsələr ümumi səfərbərlik olacaq.

"Yəmənlilərin qanına susamış bu təcavüzkarları qeyd-şərtsiz dərhal bütün cəbhələrdən çəkilməyə çağırırıq".

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 954


Oxşar xəbərlər