Xaçmazda DƏHŞƏT - 10 yaşlı uşaq qardaşını güllələdi

Xaçmazda DƏHŞƏT - 10 yaşlı uşaq qardaşını güllələdi


14:45     14 Mart 2018 usaq%20itkin.jpg

Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib.


DİN-dən Femida.az-a verilən məlumata görə, hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib.

Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir.

Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.

Femida.az

Açar sözlər: #Xaçmaz   #Uşaq   #Güllələnmə   #Qardaş  

Oxunub: 844