Binəli Yıldırım Bakıya gəlir
15:11 14 Mart 2018
Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə yola düşüb.
Femida.az “Son Dakika”ya istinadən xəbər verir ki, o, Bakıya yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib. B. Yıldırım bildirib ki, “VI Qlobal Bakı Forumu”nda bir sıra aktual məsələlər müzakirə olunacaq: “Türkiyə regional əməkdaşlığın daha geniş formada davam etdirilməsində maraqlıdır. Odur ki, səfər çərçivəsində keçirəcəyimiz görüşlər önəmlidir”.
Türkiyə, Azərbaycan, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək dördtərəfli görüşünün əhəmiyyətini vurğulayan baş nazir bildirib ki, rəsmi Ankara Qafqazda və Orta Asiyada sabitliyin qorunmasına böyük önəm verir.
Qeyd edək ki, B.Yıldırımı səfərdə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Pariyasının (AKP) parlamentdəki fraksiyalarından birinin sədri Mehmet Muş, AKP sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dosluq qrupunun sədri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çətin müşaiyət edir.
Türkiyənin Baş naziri Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək.
Femida.az
Oxunub: 828
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib