Paytaxtda evlərin qiyməti bahalaşdı


21:48     14 Mart 2018 yeni_bina_0541.jpg

Paytaxtın mənzil bazarında qiymət artımı baş verib.

Bakı şəhəri üzrə yeni tikililərdə mənzillərin orta qiyməti 148 516 dollar təşkil edib.

Aylıq qiymət artımı 22 faiz olub. 1 kv.m üzrə orta qiymət 876 dollar təşkil edib. Aylıq fərq 33.00 dollar (3.77 %) olub.

Konkretləşdirsək, bir otaqlı mənzillərin kvadratmetrinin dəyəri 697 dollar, iki otaqlı mənzillərdə 802 dollar, üç otaqlı mənzillərdə 761 dollar, dörd otaqlı mənzillərdə 1086 dollardır.

Ən çox qiymət atımı dörd otaqlı mənzillərin kvadratmetrində qeydə alınıb - 18.88% olub. /oxu.az

Femida.az

Açar sözlər: #Bakı   #ev   #bina   #bazar   #bahalaşma  

Oxunub: 877