Çavuşoğludan FETÖ-çü jurnalistə sərt cavab – Video


17:45     16 Mart 2018 cavusoglusabrimiz-so-0dc23f43dd70e3830bf1.jpg


Astanadakı Suriya zirvəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ona təxribat xarakterli sual ünvanlayan qazaxıstanlı jurnalisti özünəməxsus şəkildə tənqid edib.

Femida.az xəbər verir ki, jurnalistin “Afrin əməliyyatı Suriyanın ərazi bütövlüyünə hücum deyilmi? İsveçrədə iki bürokratın qaçırılmasında təsiriniz varmı?” suallarına XİN rəhbərinin reaksiyası sərt olub.

“Kim olduğunuzu bilmirəm, ancaq soruşduğunuz suallara baxanda FETÖ-çu olduğunuzu gördüm. Bu tip suallara cavab verməyəcəm. Afrin əməliyyatı ilə bağlı lazımı məlumatları vermişik”, - Çavuşoğlu bildirib.



Femida.az

Açar sözlər: #Çavuşoğlu   #XİN   #jurnalist  

Oxunub: 1019