Növbəti valideyn ehtiyatsızlığı — Uşaq qaynar su ilə dolu vedrəyə düşdü
19:28 16 Mart 2018
Şamaxı rayonunda 4 yaşlı uşaq qaynar su ilə dolu vedrəyə düşərək yanıq xəsarətləri alıb.
Femida.az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Şamaxı rayon sakini, 2014-cü il təvəllüdlü Səma Ruslan qızı Usubalıyev oynayarkən qaynar su ilə dolu vedrəyə düşüb. Azyaşlı ailəsi tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə gətirilib. S.Usubalıyev həkimlərin ilkin müdaxiləsindən sonra Bakıdakı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə göndərilib.
Xəstəxanadan verilən məlumata görə, yaralı birinci, ikinci dərəcəli termiki yanıq xəsarəti alıb və vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 988
Oxşar xəbərlər
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Apellyasiya şikayətləri ilə bağlı “Qaynar Xətt” yaradıldı
- Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradılıb
- Dilçilik İnstitutu: "Qaynar xətt" hazırda fəaliyyət göstərir
- Tütündən imtina üzrə “Qaynar xətt” xidməti fəaliyyətə başlayır
- MN: “Qaynar xətt”ə 15 mindən artıq müraciət daxil olub
- MN: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir
- Müdafiə Nazirliyində fəaliyyət göstərən "Qaynar xətt" nömrələri açıqlanıb
- Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb
- Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq