Lənkəranda qəza - Sürücü ölüb


19:33     16 Mart 2018 qeza.jpg

Lənkəranın Şağlaküçə kəndində rayon sakinləri Abutalıb Şahbazovun və Fərid Əmirovun idarə etdikləri iki “VAZ-2107” markalı avtomobil toqquşub.

DİN-dən Femida.az-a verilən məlumata görə, qəza nəticəsində A.Şahbazov və 3 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ağır yaralanan A.Şahbazov dünyasını dəyişib. Faktla bağlı Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #Qəza   #Xəstəxana  

Oxunub: 856