Xaçmazda kişi meyiti tapılıb


01:59     18 Mart 2018 2018/03/3D9E7577-FDAF-4106-B04F-9164477313E0_1521310441.jpeg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Heydərov Xeyrulla İbad oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #Xaçmaz   #FHN   #Ölüm  

Oxunub: 758