Taekvondoçularımız 10 medalla qayıdır


15:29     19 Mart 2018 2018/03/634800_1521444673.png

Xarkov şəhərində taekvondo üzrə "Ukraine Open" beynəlxalq turnirinə yekun vurulub.


Femida.az xəbər verir ki, Azərbaycan millisi yarışın son günü də uğurlu çıxışı ilə yadda qalıb.

Belə ki, taekvondoçularımızdan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) turniri qızıl medalla başa vurub. Olimpiya çempionumuz Radik İsayev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov (87 kq), Rufina Əlizadə (53 kq) və Elvarə Cəlilova (+73 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, turnirin ilk günü Qaşım Maqomedov (58 kq) yarışın qalibi, Məcid Sofiyev (54 kq) və Şəms Həsənova (62 kq) isə bürünc medala sahib olub.

Femida.az

Açar sözlər: #Taekvondoçular   #medal  

Oxunub: 720


Oxşar xəbərlər