Düşən hərbi təyyarədən xəbər var


04:18     10 May 2015 209eb330054d.jpg

Sevilya aeroportu yaxınlığında qəzaya uğrayan “Airbus A400M” tipli hərbi yük təyyarəsi İspaniya Silahlı Qüvvələrinə məxsus olmayıb.


Bu barədə İspaniyanın baş naziri Mariano Raxoy bildirib.

Son məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb. Ekipaj üzvlərinin ispan olduğu bildirilir. Təyyarənin göyərtəsində 6 nəfərin olduğu müəyyənləşdirilib. Bundan əvvəl qəza nəticəsində 8-10 nəfərin öldüyü bildirilmişdi.

Qeyd edək ki, “Airbus A400M” tipli hərbi yük təyyarəsi havaya qalxdıqdan 1 dəqiqə sonra qəzaya uğrayıb.

Qəzanın səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 998