Tufandağda gənc kanatdan yıxılaraq xəsarət alıb
22:10 21 Mart 2018
Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb.
Femida.az report.az-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb.
Yaralını FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1379
Oxşar xəbərlər
- "İlk dəfə idi ki, dağa gedəndə sevinmirdi" - Tufandağda ölən alpinistin anası (VİDEO)
- Tufandağa ekspedisiya təşkil edilib
- Tufandağda 30 yaşlı oğlan kanatdan yıxıldı
- Hava şəraiti alpinistlərin axtarışlarını çətinləşdirdi
- Alpinistlərin axtarıldığı yerdən son VİDEO
- Tufandağ buzlağı sürətlə əriyir - Əraziyə ekspedisiya gedir
- Tufandağ buzlağında ərimə sürətlənib (FOTO)