AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı


18:21     23 Mart 2018 big_1412584926_aspa.jpg

Aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb.


Femida.az-ın AŞPA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, yaz sessiyasında qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq. Liviyada vəziyyət, “Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid" və "Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması" mövzularında müzakirələr aparılacaq.

Sessiyada Makedoniya və Lüksemburq xarici işlər nazirlərinin çıxışları gözlənilir.

Qeyd edək ki, sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılacaq.

Femida.az

Açar sözlər: #AŞPA   #Yaz   #Sessiya  

Oxunub: 620