İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi


02:25     25 Mart 2018 18_03_24_1521906831.jpg

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Femida.az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Açar sözlər:

Oxunub: 484