“Qızıl Xaç” azərbaycanlı girovlarla görüşəcək
20:31 27 Mart 2018
“Yaxın günlərdə atama məktub göndərəcəm”
Femida.az xəbər verir ki, bunu AzVision.az-a Kəlbəcərdə ermənilət tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Girovun oğlunun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları bu gün onunla əlaqə saxlayıblar.
“Atamdan nə zaman məktub alacağımla bağlı maraqlandım. Mənə bildirdilər ki, 10 gün ərzində görüş olacaq və məndən atama məktub aparacaqlar. Əfsuslar olsun ki, atamdan cavab ala bilmirəm”.
K. Əsgərov Ermənistanı beynəlxalq məhkəməyə vermək üçün peşəkar vəkilə ehtiyacı olduğunu deyib. O, əlavə edib ki, Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsinin Azərbaycan nümayəndəliyi Fransadakı baş ofisə kəlbəcərli girovlarla bağlı müraciət ünvanlayıb.
"Düşünürəm ki, məhkəmə vasitəsi ilə çox işlər görə bilərik. Ermənistanı beynəlxalq məhkəməyə vermək üçün beyləxalq səviyyədə vəkilə ehtiyacımız var. Buna görə də dövlətimizdən kömək istəyirəm. Bu işdə mənə yardımlarını əsirgəməsinlər”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az
Oxunub: 591
Oxşar xəbərlər
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- MN: "Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub"
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub
- MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"