Zakir Həsənov ABŞ səfiri ilə görüşdü


22:21     27 Mart 2018 2018/03/sss_1522160472.png


Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: #Zakir_Hsənov   #müdafiə   #nazir   #Sekuta   #ABŞ   #səfir  

Oxunub: 670


Oxşar xəbərlər