Qardaşını başından güllələyən oğlanla bağlı - AÇIQLAMA


16:13     31 Mart 2018 tecili%20yardim1.jpg

Martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.


DİN-dən Femida.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.


Femida.az

Açar sözlər: #Polis   #Qardaş   #Güllələnmə   #Xəzər   #Cinayət  

Oxunub: 1754