Türkiyə İsrailin fələstinlilərə hücumunu pislədi


18:54     31 Mart 2018 2018/03/1522482178_1522487097.jpg

Türkiyə İsrailin əsgərlərinin fələstinlilərə qarşı hücumunu qınayıb. Bu barədə Türkiyə Prezident Adminstrasiyası mətbuat katibi İbrahim Kalın açıqlama verib.


İbrahim Kalın açıqlamasında "Qəzzada dinc aksiyalara qatılan dinc və müdafiəsiz fələstinlilərə qarşı İsrail hücumunu ən sərt şəkildə pisləyirik", - deyə vurğulayıb.

Xatırladaq ki, 30 martda "Torpaq Günü" münasibətilə keçirilən "Böyük Qayıdış Yürüşü"nə İsrail əsgərlərinin müdaxiləsi nəticəsində 15 fələstinli həyatını itirmişdi.

Açar sözlər:

Oxunub: 494