"Süleyman şah türbəsi əvvəlki yerinə qaytarılacaq” - Nazir


17:54     02 Aprel 2018 2018/04/638459_1522662915.jpg

"Süleyman şah türbəsi gec-tez öz əvvəlki yerinə qaytarılacaq".


Femida.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Fikri Işık bildirib.

"Çünki ora Türkiyə torpaqlarıdır", -deyə o, vurğulayıb.

Qeyd edək ki, 2015-ci ilin fevralın 21-də Türkiyə Suriyanın Hələb şəhəri ərazisindəki Karakozak kəndindəki Süleyman şah türbəsində xidmət edən əsgərlərinin təxliyəsi üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində Süleyman şahın nəşinin qalıqları və "Süleyman şah" Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib. Süleyman şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə edilir.

Femida.az

Açar sözlər: Türkiyə   Nazir  

Oxunub: 597