“Google”dan yenilik


21:26     21 Sentyabr 2015 google-76522_12806.png

“Google” şirkəti axtarış nəticələrində ayrı-ayrı ölkələrin konstitusiyalarının əsas hissələrinin təhlili və müqayisəsini göstərmək üçün “Constitute Project” ictimai təşkilatı ilə əməkdaşlığa başlayıb.


Femida.az-ın məlumatına görə, konstitusiyası yerləşdirilən ölkələr sırasına ABŞ, Əfqanıstan, Butan. Estoniya, Finlandiya, Fransa, İslandiya, Yaponiya, Laos, Latviya, Mikroneziya, Norveç və Ukrayna daxildir.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu informasiya “Google”un istifadəçilər üçün daha keyfiyyətli axtarışı təmin etmək missiyasına xidmət edir.

ABŞ-ın “Constitute Project” qeyri-kommersiya təşkilatının məqsədi əsas konstitusiya və hüquqi məsələlər üzrə ikipartiyalı konsensusa nail olmaqdır, - "Searchengines” yazır.

Açar sözlər:

Oxunub: 805