Ermənilər Araza möhtacdır - Rəsmi münasibət
20:00 10 May 2015
Araz çayına axan daşqın, sel və qar sularının Ermənistanın fermer təsərrüfatlarına pulsuz verilməsi Azərbaycanın su təsərrüfatına heç bir mənfi təsir göstərməyəcək.
Femida.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.
Araz çayının keçdiyi ölkələr üçün ümumi çay olduğunu deyən Ə.Əhmədzadə bildirib ki, ermənilər bu çayın suyundan daim istifadə ediblər:
“Araz çayının suyundan onlar da istifadə ediblər. Bu çayın suyu tək bizim deyil, ümumidir. Arazın aşağı sularında onların bu sudan necə istifadə elədiyini isə biz bilmirik”.
Qeyd edək ki, Ermənistan hökumətinin bu yaxınlarda qəbul etdiyi qərara görə, Araz çayına axan daşqın, sel və qar suları fermer təsərrüfatlarına pulsuz veriləcək.
Oxunub: 742
Oxşar xəbərlər
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Ermənilər üçün bəd xəbər
- Ermənilər Azıx mağarasında qanunsuz “tədqiqatlar”ı davam etdirir
- Ermənilər cəbhədə təxribat törədib
- Ermənilər Ağdamda təlim keçirir - Zirehli texnika yeridildi
- Ermənilərin etirazları nəticəsiz qaldı
- Ermənilər Qarabağda minaya düşdü - 3 hərbçi öldü (YENİLƏNİB)
- Ermənilər mövqelərimizə 2 mərmi atıb
- Ermənilər Bakıya gəlir