Qəbələyə dəmir yolu xətti çəkilir


17:37     11 Aprel 2018 2018/04/641200_1523440155.jpg

"Azərbaycan Dəmir Yolları" QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb.


Femida.az xəbər verir ki, bu barədə report-a açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

"Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir", - deyə o, qeyd edib.

Bundan başqa, C.Qurbanonun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: "Nargilə" kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 783