“Ankara Bakıya növbəti “nurçu siyahısı” göndərib“- POLİTOLOQ


14:53     22 Sentyabr 2015 elxan%20ş4.jpg

“Azərbaycanda bir gündə (və ya qısa zaman kəsiyində) 85 nəfərin həbs olunduğunu xatırlamıram. Deyəsən Ankaradan Bakıya növbəti "nurçu siyahısı" göndərilib”.


Femida.az xəbər verir ki, bunu öz facebook səhifəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O, əlavə edib ki, Ərdoğanın bir neçə aydır ki, PKK ilə mübarizə aparırdı. Yəni Fətullah Gülən sanki arxa plana keçmişdi:

“Ancaq son 10 gündür ki, Ərdoğan "Türkiyəyə qarşı PKK paralel dövlət işbirliyi var" deyir. Türkiyədə yenidən Gülənə yaxın işadamlarının həbsinə başlanılıb, məktəblərdə isə yoxlamalar həyata keçirilir. Odur ki, Ankara Bakının da qaldığı yerdən nurçulara qarşı mübarizəsini davam etməsini xahiş edib. Nurçularla əlaqədə şübhəli bilinən iki keçmiş deputata YAP-ın siyahısında yer tapılmadı, indi də 85 nəfərlik həbs. Türkiyədə 1 noyabr parlament seçkisinin nəticəsi nurçulara qarşı mübarizənin yönünü də müəyyənləşdirəcək. Əgər AKP qələbə çalıb növbəti dəfə təkbaşına hökumət qurmaq imkanı qazansa nurçuların işi çətinləşəcək, yox əgər AKP koalisiya qurmaq məcburiyyətində qalacaqsa nurçulara qarşı mübarizə zəifləyəcək. Bu arada, Gülən tərəfdarları Ərdoğana növbəti zərbə vurmaq üçün vaxt qazanacaqlar. Çünki mümkün koalisiya ortağı - CHP-nin nurçularla mübarizə aparmaq həvəsi və məqsədi yoxdur. Rəsmi Bakı da nurçulara qarşı mübarizəni davam etdirib etdirməməyi Türkiyədə parlament seçkisinin nəticəsinə görə qərar verəcək”.

Açar sözlər:

Oxunub: 2462