Qulam İshaqzai İlham Əliyevi təbrik edib


18:28     13 Aprel 2018 ilham-eliyev1.jpg

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP/BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Femida.az-ın xəbərinə görə, təbrikdə deyilir: “Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İdarə Heyəti adından ən səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Bu qələbə ölkənin inkişafına və Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına layiqli töhfələr vermiş uğurlu islahatlarınızın və uzunmüddətli sosial proqramlarınızın bariz göstəricisidir.

Birləşmiş Millətlər Təşkilatı bu qurumun çox dəyərli və sadiq üzvü olan Azərbaycanla hər zaman faydalı əməkdaşlıq və tərəfdaşlıq etmiş və bundan sonra da Azərbaycan hökumətinin inkişaf prioritetlərinə və “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olması üçün göstərdiyi səylərə öz dəstəyini davam etdirmək niyyətindədir.

Zati-aliləri, mən Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz səylərdə uğurlar arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edəsiniz”.

Femida.az

Açar sözlər:

Oxunub: 545