Qazaxda 26 yaşlı qadın güllələndi
17:58 14 Aprel 2018
Qazax rayonunda güllələnmə hadisəsi baş verib.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
Femida.az
Oxunub: 2089
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapılıb
- Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
- Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb
- Allahşükür Paşazadə Qazaxıstana səfərə gedir
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Qazaxıstan Prezidentinə sui-qəsdin qarşısı alınıb
- Qazaxda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb