Bakıda ev, Gəncədə mağaza yanıb


14:37     15 Aprel 2018 fhn%20yangin11124.jpg

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərinin Kəpəz rayonunda isə ümumi sahəsi 110 m2 olan mağazanın bir otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 614