Ramiz Mehdiyev “Şöhrət” ordeni ilə təltif edildi - FOTO
16:58 16 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.
Femida.az xəbər verir ki, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.
Femida.az
Oxunub: 1884
Oxşar xəbərlər
- Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
- Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edilib
- Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verilib
- Musa Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
- Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib
- Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif etdi
- Fərəh Əliyeva “Şöhrət” ordeni ilə təltif edildi
- Rəfiqə Axundova “Şöhrət” ordeni ilə təltif edilib
- Rüfət Yaqubov “Şöhrət” ordeni ilə təltif edilib
- Dünya şöhrətli azərbaycanlı alim vəfat edib