Ermənistanda inqilab başladı - Paşinyanın oğlu tutuldu


18:26     17 Aprel 2018 2018/04/pasinyan_1523960945.jpg

İrəvanda keçirilən etiraz aksiyalarının təşəbbüskarı olan deputat Nikol Paşinyanın oğlu Aşot Paşinyan həbs edilib.


Femida.az xəbər verir ki, bu barədə informasiyanı “Armtimes.com” saytı yayıb. Sayt Aşot Paşinyanın həbs edilən 29 nəfər arasında olduğunu bildirib.

Qeyd edək ki, erməni deputat Nikol Paşinyan deyib ki, Ermənistanda inqilabi situasiya yaranıb.

“Gümrüdə 1000 nəfər küçələrə çıxıb. İcevanda kütləvi tətil başlayıb, İcevan-İrəvan yolu bağlanıb. Vanadzorda tətillər başlayıb, İrəvanda, Qafanda, Metsamorda etirazlar gedir. Ermənistanda inqilabi situasiya yaranıb. Bu gün Ermənistanda dinc, demokratik narıncı inqilabın başladığını bir daha elan edirəm”.

Femida.az

Açar sözlər: #Paşinyan   #İrəvan  

Oxunub: 1752