Frankofoniya həftələri başa çatıb


22:57     17 Aprel 2018 2018/04/Echecs-1523965828_1523969918.jpg

Azərbaycanda Frankofoniya həftələri şənbə günü Landmark otelində, qastronomiya və musiqi işarəsi altında başa çatıb.


Mərakeşdən gələn « Maalem Houssam Gania Band » ənənəvi musiqi qrupu bu münasibətlə səhnəyə çıxdı.

Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldaviya, Meksika, Rumıniya, İsveçrə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi aprelin 1-dən 14-dək otuzdan çox tədbiri Azərbaycan ictimaiyyətinə təqdim etdi : frankofon film festivalı, çoxsaylı sərgi, konfrans, Birinci Frankofon Universtet forumu, konsert və müsabiqələr fransız dilini, Frankofoniya coğrafiyasının müxtəlifliyini (https://www.francophonie.org/-84-Etats-et-gouvernements) və Frankofoniya Təşkilatının üzv dövlətlərinin paylaşdıqları dəyərləri (insan hüquqları, gender bərabərliyi, ifadə azadlığı) təşviq etmək üçün təşkil olundu.

Frankofoniya həftələri Azərbaycan Fransız İnstitutu, Landmark Otel, YARAT Müasir İncəsənət Mərkəzi, Cinema Plus, Bakı Frankofon Assosiasiyası, Art Council təşkilatı, Milli İncəsənət Muzeyi, Gəncə şəhəri, İsveçrə Turizm agentliyi və “Gənclik” şahmat klubunun dəstəyi ilə həyata keçirildi.

Frankofoniya Həftələri çərçivəsində, Azərbaycandakı Fransız İnstitutu və “Gənclik” şahmat klubu tərəfindən təşkil olunmuş şahmat turnirinin qalibi İlyaslı Uğur Fransaya səyahət qazandı.

Frankofoniyanın məqsədi və fəaliyyətləri haqqında ətraflı məlumat üçün : https://www.francophonie.org/-Qu-est-ce-que-la-Francophonie-.html

Femida.az

Açar sözlər:

Oxunub: 1056


Oxşar xəbərlər