Qadını fotoları ilə şantaj etdilər – YEVLAXDA


16:43     18 Aprel 2018 qadin_isgence_0147883.jpg

Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

DİN-dən Femida.az-a verilən xəbərə görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

​Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qadın   #Yevlax   #Şantaj   #Həbs  

Oxunub: 1765