Azərbaycanlı general Kazana getdi

Azərbaycanlı general Kazana getdi

12:06     20 Aprel 2018 2018/04/19ac52c32c66602b713af9ae7b75a82f-1524211366_1524211712.jpg

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin aprelin 20-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən növbəti iclasında iştirak edir.

Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Femida.az

Açar sözlər: #General   #Kazan   #Qərargah  

Oxunub: 907