DİM Azərbaycan dilindən imtahan keçirib
18:34 22 Aprel 2018
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün imtahan keçirib.
DİM-dən Femida.az-a verilən məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanıb və 45 dəqiqə davam edib. İmtahanda iştirak etmək üçün 6172 abituriyent qeydiyyatdan keçib.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.
Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.
Aprelin 23-dən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 919
Oxşar xəbərlər
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- DİM həftəsonu 44 mindən çox şagird üçün imtahan keçirəcək
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- DİM tərəfindən növbəti imtahanlar keçirilib
- DİM 26 mindən artıq abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM 17 mindən artıq bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək
- DİM bu gün dövlət qulluqçusu olmaq istəyənlər üçün imtahan keçirəcək
- DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir