DSX külli miqdarda narkotiki saxladı - ƏMƏLİYYAT
17:07 24 Aprel 2018
Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
DSX-nın mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, aprelin 23-də DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.
Həmin tarixdə Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərəkət yolları qapadılaraq tam nəzarətə götürülüb. Kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş İran İslam Respublikası vətəndaşları - 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılıb.
Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik “Winchester” tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülüb. Araşdırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasına keçirdikləri külli müqdarda narkotik vasitəni Astara rayonu Hamuşam kənd sakini 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdırmaları müəyyən olunub.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vahabov Ayətulla Calal oğlu saxlanılıb, həyətyanı sahəsində xüsusi yerdə gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olunaraq götürülüb.
Bununla yanaşı vətəndaş A.Vahabovun öz övladı – 1995-ci il təvəllüdlü Vahabov Mikayıl Ayətulla oğlunu narkotik qaçaqmalçılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyən edilmiş və vətəndaş M.Vahabov da həbs olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 752
Oxşar xəbərlər
- DSX-yə yeni sözçü təyin edilib
- DSX-nin baş çavuşu intihar edib
- DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib
- DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb
- DSX məlumat yayıb
- DSX-də 204 cinayət işi istintaq edilib, 85-nin icraatı dayandırılıb
- DSX özgəsinə məxsus sənədlə sərhədi keçmək istəyən 4 nəfəri saxlayıb
- DSX Akademiyasına qəbul elan edilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb