Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək
15:17 26 Aprel 2018
Hazırda yeni metro stansiyalarının tikintisi ilə bağlı işlər görülür. Bildiyimiz kimi cənab Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinə təkrar start verildiyini bildirib.
Bunu Femida.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hazırda bir neçə metro stansiyası üzrə tikintilərin davam etdirildiyi haqda danışarkən deyib:
“Hazırda bir neçə istiqamətdə metro stansiyalarında tikintilər davam edir. Paytaxtın Ceyhun Səlimov küçəsindəki “Bənövşəyi xətt” üzrə şərti adı “B3” olan metro stansiyasında tikinti işlərini daha da sürətləndirmişik. Bundan əlavə “Xocahəsən” Elektrik Deposu, “Avtovağzal” stansiyasından “Xocahəsən” Elektrik Deposuna gedən tunel və “Həzi Aslanov-2” stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci “B3” stansiyası çox güman ki, gələn il istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq”.
Femida.az
Oxunub: 2405
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb